İsveçin “Ericsson” şirkətinin nümayəndələri Moskvada keçirilən mətbuat konfransında 2015-ci ilin birinci rübünə həsr edilən “Mobility Report” hesabatını təqdim edərək dünyada mobil qoşulmaların sayının 7,2 milyard təşkil etməsini və bununla mobil rabitənin nüfuzetmə səviyyəsinin 99 faizə çatmasını (Yer kürəsi əhalisinin sayı 7,3 milyard nəfərə bərabərdir) açıqlayıblar. İsveçin “Ericsson” şirkətinin nümayəndələri Moskvada keçirilən mətbuat konfransında 2015-ci ilin birinci rübünə həsr edilən “Mobility Report” hesabatını təqdim edərək dünyada mobil qoşulmaların sayının 7,2 milyard təşkil etməsini və bununla mobil rabitənin nüfuzetmə səviyyəsinin 99 faizə çatmasını (Yer kürəsi əhalisinin sayı 7,3 milyard nəfərə bərabərdir) açıqlayıblar.

SİM kartların sayı dünya əhalisinin sayına yaxınlaşır

İsveçin “Ericsson” şirkətinin nümayəndələri Moskvada keçirilən mətbuat konfransında 2015-ci ilin birinci rübünə həsr edilən “Mobility Report” hesabatını təqdim edərək dünyada mobil qoşulmaların sayının 7,2 milyard təşkil etməsini və bununla mobil rabitənin nüfuzetmə səviyyəsinin 99 faizə çatmasını (Yer kürəsi əhalisinin sayı 7,3 milyard nəfərə bərabərdir) açıqlayıblar.


AzNews.az İCTnews-a istinadən xəbər verir ki, analitiklərin fikrincə, dünyada real abunəçilərin sayı təxminən iki dəfə azdır (4,9 milyard).

Bu, bir nəfərin bir neçə SİM kartdan istifadə edə bilməsi ilə izah edilir.

Cari ilin birinci rübündə yeni qoşulmaların sayı 108 milyon olub. Qoşulmaların sayına görə lider Hindistandır (+26 milyon). Sonrakı yerlərdə Çin (+10 milyon), Myanma (+5 milyon), İndoneziya (+4 milyon) və Yaponiya (+4 milyon) qərarlaşıb.