Marina Abramoviç və Uve Laysipen adlı iki rəssam 1976-cı ildə Amsterdamda tanış olublar. Marina Abramoviç və Uve Laysipen adlı iki rəssam 1976-cı ildə Amsterdamda tanış olublar.

İki rəssamın heyranedici sevgi hekayəsi - VİDEO

Marina Abramoviç və Uve Laysipen adlı iki rəssam 1976-cı ildə Amsterdamda tanış olublar.


Elə ilk görüşdən də onlar bir-birlərini sevməyə başlayıblar. 8 ildən sonra isə münasibətlərində problemlər yaranıb. Bu iki istedadlı şəxs ayrılıq anlarını unikal şəkildə həyata keçiriblər. Onlar Böyük Çin səddinin əks sonlarından birbirlərinə doğru yola çıxıblar. Yolları kəsişdikdə son dəfə qucaqlaşıblar və həmişəlik ayrılıblar.

30 ildən sonra Marina Nyu-Yorkda Müasir İncəsənət muzeyində tamaşa təşkil edib. Bu zaman o, tanımadığı insanlarla 1 dəqiqə baxışıb. Rəssam xanım qarşısında əyləşən sevdiyi insanla da bir dəqiqə səssiz baxışıb. Tamaşa 716 saat davam edib. Bu zaman Marina 1500 tamaşaçının gözlərinə baxıb. Lakin, 1500 baxışdan yalnız birini o yadında saxlayıb: 30 il görmədiyi insanın baxışını.



AzNews.az