- Köhnə - Maraqlı
- 9 İyun 2015 00:55
- 7 089
Nemtsovun qızı Rusiyadan qaçdı
Moskva şəhərinin mərkəzində naməlum şəxs tərəfindən qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsovun qızı Janna Nemtsova Rusiyadan qaçıb.
AzNews.az xəbər verir ki, bu haqda o, "The Times" jurnalına müsahibə verib.
Bu faktı Jannanın çalışdığı RBK nəşri təsdiq edib.
Janna bildirib ki, o, Rusiyanı qorxusundan tərk edib, çünki onu tez-tez hədələyirmişlər: "Mənə deyirdilər ki, normal yaşamaq üçün siyasətə başını soxma. Təkcə Rusiyada deyil, dünyanın heç bir ölkəsində siyasətə qoşulma. Sizin atanız elə etdi ki, Rusiyanın 139 milyon əhalisi ona nifrət etdi".
Müsahibə zamanı Janna Rusiyadan tamamilə gedib-getmədiyi haqda heç nə deməyib. Hətta, o, hansı ölkədə olduğu haqda informasiya verməyib.