- Köhnə - Maraqlı
- 9 İyun 2015 10:35
- 7 078
Qadınların əksəriyyəti mobil telefonlardan istifadə edə bilmir – Səbəb
İnkişaf etməkdə olan ölkələrdə qadınlar mobil rabitədən kişilərə nisbətən az istifadə edir.
AzNews.az İCTnews-a istinadən xəbər verir ki, bu barədə BMT Radiosuna müsahibədə Mobil Rabitə Operatorları Assosiasiyasının nümayəndəsi Kler Sibtorp bildirib.
"Qiymətləndirməyə görə, gəliri aşağı olan ölkələrdə 1,7 milyard qadın mobil telefondan istifadə etmək imkanından məhrumdur. Kişilərlə fərq təxminən 20 milyon təşkil edir. Qadınlar mobil internet kimi yüksək texnologiyalı əlavələrdən istifadə məsələlərində xeyli geri qalır", - deyə o, qeyd edib.
K.Sibtropun sözlərinə görə, mobil rabitədən istifadə üzrə göstəricilər qadınların inkişaf etməkdə olan ölkələrdə hüquqlarının ümumi vəziyyətini əks etdirir.