Xəbər verdiyimiz kimi, iyunun 2-də Qazaxıstanın Maxtaaral rayonunda sevdiyi qızın əvəzinə vahid milli test imtahanını vermək üçün oğlan qadın libası geyinib imtahan yerinə gedib. Xəbər verdiyimiz kimi, iyunun 2-də Qazaxıstanın Maxtaaral rayonunda sevdiyi qızın əvəzinə vahid milli test imtahanını vermək üçün oğlan qadın libası geyinib imtahan yerinə gedib.

Sevdiyi qıza görə “qadın” olan oğlana mükafat - Türkiyədən

Xəbər verdiyimiz kimi, iyunun 2-də Qazaxıstanın Maxtaaral rayonunda sevdiyi qızın əvəzinə vahid milli test imtahanını vermək üçün oğlan qadın libası geyinib imtahan yerinə gedib.

Lakin, elə imtahan mərkəzinə girişdə oğlan ifşa olunub. Nəticədə onun sevdiyi qız imtahan vermək imkanından məhrum edilib. Oğlan barəsində isə cinayət işi açılıb.

Jardemovun qızı tanımaması barədə açıqlamasına baxmayaraq, Antaliya Beynəlxalq Turizm Akademiyası bu hadisədən xəbər tutduqdan sonra məzun qıza kömək emək qərarına gəlib. Akademiya qızın təhsili üçün qrant ayırıb.

AzNews.az xəbər verir ki, bu barədə akademiyanın rektoru Zafer Bikkenoğlu məlumat verib.

"Bu hadisə barədə mənə əməkdaşlarımız məlumat verdilər. Və biz qərara gəldik ki, o, bu hərəkəti sevdiyi qıza kömək etmək üçün edib. Əlbəttə, biz belə qanun pozuntularını dəstəkləmirik. Bizim universitetimizdə imtahanlarda hər şey çox ciddidir. Lakin, əgər oğlan belə bir addım atıbsa, deməli o, həqiqətən qızı sevir. Və biz həmin qıza kömək etmək qərarına gəldik", -deyə akademiyanın rektoru bildirib.

Aydan Axundova