- Köhnə - Maraqlı
- 11 İyun 2015 11:36
- 6 415
Bekhem qızının geyimlərini satışa çıxardı
Britaniyalı dizayner Viktoriya Bekhem xeyriyyə məqsədilə 4 yaşlı qızı Harperin libaslarını satışa çıxarıb.
AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, "Save the Children`s Fashion Saves Live sale" xeyriyyə hərracında Bekhemin Gucci, Stella McCartney, Chloe, Ralph Lauren, Marc Jacobs kimi markalardan olan 25 geyimi satılacaq.
Paltarların hər birinin qiyməti 500 funt-sterlinq təşkil edir. Viktoriya bu addımı ilə ehtiyacı olan uşaqlara yardım edəcəyini bildirib: "Ehtiyac içində yaşayan uşaqlara dəstək olmaqdan şadam. Hər birimiz onların həyatında mühüm rol oynamalıyıq, onlara xoşbəxt gələcək bəxş etməliyik".

