- Köhnə - Maraqlı
- 15 Oktyabr 2012 18:15
- 4 669
Körpələrə inək südü vermək olmaz!
N. Girit, həmçinin, körpələrə ilk 6 ayda ancaq ana südü verilməsini tövsiyə edib: "Əlavə qidalara 6-cı aydan sonra başlamaq olar. Uşaqların bəslənmə qaydası onun yaşına və ana südünün miqdarına görə dəyişdirilə bilər. Bununla yanaşı, uşağın həzm sistemi, dadbilmə duyğusu və allergik vəziyyəti də nəzərə alınmaldıır".
O körpələrə 1 yaşından əvvəl inək südü verilməsinin onlarda ciddi problemlər yaratdığını xüsusi olaraq vurğulayıb: "İnək südünün tərkibindəki maddələri körpənin həzm sistemi qəbul edə bilmir. Həmçinin, uşaqların beyninin inkişafı üçün lazım olan dəmir inək südündə yetərli qədər deyil. Eləcə də, bu süddə kifayət qədər nişasta yoxdur. Buna görə, onlara 1 yaşından kiçik uçaqlara inək südü vermək olmaz".
Sevinc Fədai
AzNews.az