Mehriban Əliyeva gimnastların mükafatlandırma mərasimində iştirak edib

Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında idman gimnastikası üzrə kişilər arasında fərdi çoxnövçülükdə qalib gələn gimnastların mükafatlandırma mərasimində iştirak edib.



AzNews.az-ın məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən Oleq Stepko gümüş medal qazanıb.

Qeyd edək ki, birinci yeri Ukrayna idmançısı Oleq Vernyayev tutub. Üçüncü yerdə isə Rusiya idmançısı Nikita İqnatyev qərarlaşıb.