Rusiya tətbiqi riyaziyyat İnstitutunun mütəxəssisi Leonid Elenin New-Yorkda yerləşən Rusiya optik teleskopundan iyunun 14-də əldə edilən informasiyanı təhlil edərkən naməlum asteroid aşkarlayıb. Rusiya tətbiqi riyaziyyat İnstitutunun mütəxəssisi Leonid Elenin New-Yorkda yerləşən Rusiya optik teleskopundan iyunun 14-də əldə edilən informasiyanı təhlil edərkən naməlum asteroid aşkarlayıb.

Yer kürəsinə doğru nəhəng asteroid gəlir – Rus alimdən xəbərdarlıq

Rusiya tətbiqi riyaziyyat İnstitutunun mütəxəssisi Leonid Elenin New-Yorkda yerləşən Rusiya optik teleskopundan iyunun 14-də əldə edilən informasiyanı təhlil edərkən naməlum asteroid aşkarlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, kiçik planetlər mərkəzində asteroidə 2015 LK24 adı verilib.

Məlum olub ki, asteroid Yer kürəsinə doğru hərəkət edir. İyunun 26-da asteroid 4.7 milyon km məsafə ilə Yerin yanından keçəcək. Bu yaxınlaşma kritik hesab olunmur, lakin, 2015 LK24 gələcəkdə Yer kürəsi üçün təhlükəli ola bilər. Asteroidin parlaqlığı az olduğu üçün onu yalnız xüsusi texnika vasitəsilə müşahidə etmək olacaq.

Xatırladaq ki, bundan öncə Rusiyalı kosmonavt Aleksey Leonov asteroidləri bəşəriyyət üçün başlıca təhlükə adlandırmışdı.

Aydan Axundova