Bitkisevərlər üçün yeni müsabiqəyə start verilib. Bitkisevərlər üçün yeni müsabiqəyə start verilib.

Parkda şəkil çəkdir, 200 manat qazan – Müsabiqə

Bitkisevərlər üçün yeni müsabiqəyə start verilib.


AzNews.az xəbər verir ki, Parks&Gardens jurnalı iyun ayının 23-dən etibarən yeni "Gardensbaku" adlı müsabiqə keçirəcək. İştirak etmək üçün isti yay günlərində Bakı parklarında fotoşəkillərinizi çəkib parkın adı ilə birlikdə ad və soyadınızı info@gardens.az elektron poçt ünvanına və ya şəxsi ismarıcla facebook.com/parksgardens səhifəsinə göndərə bilərsiniz.

Göndərilən fotoşəkillər jurnalın facebook səhifəsində xüsusi alboma əlavə ediləcək və ən çox "like" toplayan 10 fotonun müəllifi qalib elan ediləcək.

Birinci yerin sahibi 200 AZN, ikinci yerin sahibi 100 AZN, üçüncü yerin sahibi 50 AZN, 4-10-cu yerləri tutanların hər biri isə 25 AZN qazanacaq.

Qeyd edək ki, bir nəfər müsabiqədə ən çox 3 foto ilə iştirak edə bilər. Fotoşəkillərin qəbulu 29 iyun saat 16.00-da, səsvermə isə 30 iyun saat 16.00-da dayandırılacaq. İnternetdən götürülən fotolar müsabiqəyə buraxılmayacaq.

Müsabiqənin davamlı olaraq hər həftə keçirilməsi planlaşdırılır.