Bu gün bir neçə yerli KİV-də 15 yaşlı azərbaycanlının inanılmaz ixtirası ilə bağlı məlumat dərc olunub. Bu gün bir neçə yerli KİV-də 15 yaşlı azərbaycanlının inanılmaz ixtirası ilə bağlı məlumat dərc olunub.

15 yaşlı Naxçıvan sakininin “ixtira”sı plagiat çıxdı

Bu gün bir neçə yerli KİV-də 15 yaşlı azərbaycanlının inanılmaz ixtirası ilə bağlı məlumat dərc olunub.



AzNews.az-ın məlumatına görə, yayılan xəbərlərdə gənc oğlanın səsli əmrlərlə kompüter sisteminin idarə olunmasını təmin edən proqram kəşf etdiyi deyilir. İsmayıl Şirzadovun sözlərinə görə, o, komputerə toxunmadan səslə istədiyi axtarış proqramlarına daxil ola bilir.

Gənc fəal Bəxtiyar Hacıyev isə, onun "ixtira"sı ilə bağlı maraqlı faktlar açıqlayıb. Bildirib ki, Windows əməliyyat sistemi olan bütün son kompüterlərdə səs tanıma sistemi (voice recognition system) var: "İstənilən adam onların ifadəsi ilə desək, möhtəşəm ixtira edərək kompüteri özünə tabe edə bilər. Bundan başqa onlarla səs tanıma sistemi proqramları mövcuddur, bu uşağın "ixtirası" da başqasına aiddir".



AzNews.az