İnsan kimi danışan ağ balina - VİDEO

Amerikalı alimlər insan nitqinə bənzər sözlər deyən və aşağı diapazonda səslər çıxaran ağ balina aşkarlayıblar. Qeyri-adi bu canlı Kaliforniyanın sahil sularında yaşayır. Danışan ağ balinanı suyun altında üzən bir kişi aşkarlayıb.

O, sualtı üzərkən təcili suyun səthinə çıxmaq əmrini eşidir. Bayıra çıxdıqdan sonra ona kimin əmr etdiyini soruşduqda isə sualı cavabsız qalıb. Müşahidələrdən sonra bəlli olub ki, qeyri-adi səs Nok ləğəbli ağ balinaya məxsus olub. Mütəxəssislərin rəyinə görə, su məməlisi üzən adamı "eşidib", duyub və ona "cavab" verib.

Sem Ricuelin rəhbərlik etdiyi okeanoloqlar qrupu "Delphinapterus leucas" növü olan bu balinanın səsini yazaraq onu insan səsilə müqayisə edib. Araşdırmalardan aydın olub ki, ağ balinanın səsi öz aralarında verdikləri siqnaldan daha çox insanın danışığına bənzəyir.

Ricuelin sözlərinə görə, ağ balina danışarkən və bu səsləri çıxararkən burnundan istifadə edir, insan səslərini çıxarması üçün daxilə xüsusi təzyiq göstərir. Alimlər hesab edirlər ki, balinalara buna bənzər danışmağı öyrətmək həddindən artıq çətin bir işdir.

Tədqiqatçıların fikrincə, artıq ağ balinaların insanabənzər səslərin çıxarması və konkret siqnaların ötürməsi sübut kimi qəbul olunmalıdır.



AzNews.az