Qəhrəman ana 27 uşağa görə mükafatlandırıldı

Rusiyanın "Nijnevo Taqila" bölgəsinin sakini Ludmila Bronnikova beynəlxalq uşaq fondu assosiasiyası tərəfindən mükafatlandırılıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, onun bu mükafata layiq görülməsinə səbəb 27 uşaq böyütməsidir.

Belə ki, Bronnikovanın doğma 5, ögey isə 22 övladı var. Onların ən böyüyü 30 yaşdan yuxarıdır. Ən kiçiyi isə, 9 yaşındadır. Maraqlısı isə odur ki, Bronnikova 27 uşaqdan 22-ni doğum evindən götürüb və onları öz doğma uşaqları ilə heç bir fərq qoymadan böyüdüb.

Sadiq Musa
AzNews.az