Toyda rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar iştirak edəcək, gənclərə xeyir-dualarını verəcəklər Toyda rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar iştirak edəcək, gənclərə xeyir-dualarını verəcəklər

Bu gün Çoban Xanışın nəvəsinin toyudur

Toyda rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar iştirak edəcək, gənclərə xeyir-dualarını verəcəklər



Bu gün axşam Lerik şəhərindəki "Nur" Şadlıq Sarayında tanınmış çoban Xanış Şahıyevin nəvəsi - Qarabağ döyüşlərində şəhid olmuş Camal Şahıyevin övladı Qorxmaz Şahıyevin toy mərasimi keçiriləcək.

Lent.az-ın məlumatına görə, toyda rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edəcək, gənclərə xeyir-dualarını verəcəklər. Ailə quran gənclərə RİH tərəfindən hədiyyələr də təqdim olunacaq. Lerik rayonundan Milli Məclisinin deputatı seçilmiş İqbal Məmmədov isə yeni ailə quran cütlüyü onlar üçün hədiyyə aldığı məişət əşyaları ilə sevindirəcək.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən 2007-ci ildə şəhidin ailəsinə Lerik şəhərində 3 otaqlı mənzil verilib. 2012-ci ildə müraciəti nəzərə alınaraq Qorxmaz Şahıyev RİH tərəfindən daimi işlə təmin edilib.

AzNews.az