Sifariş gəlini 6 min dollara almaq olar Sifariş gəlini 6 min dollara almaq olar

İnternetdə gəlin satışı

Sifariş gəlini 6 min dollara almaq olar

İnternetdə gəlin sifariş etmık son zamanların ən çox gəlir gətirən sahələrindən birinə çevrilib. Bu sektorun yaradıcıları və inkişaf etdirənlər isə Şərqi Asiya ölkələridir.

Xüsusən Vyetnamda sektor sürətlə inkişaf edir. Türkiyənin "Hürriyət" qəzetinin məlumatına görə, 18-25 yaşlı qızların fotoşəkillərindən və onlar barədə məlumatlardan hazırlanan kataloqlar internetdə yayılır. Gəlinlərin sifarişçiləri isə əsasən Çin vətəndaşları olur. Sifariş gəlinlərin qiyməti 30-40 min yuan arasında dəyişir ki, bu da 4500-6000manat civarındadır.

Çinli gənclər bəyəndikləri qadınla evlilik qərarı verirsə, onlardan əvvəl deyilən məbləğdən artıq məbləğ alınmır. Əgər evlilik baş tutmazsa, o zaman xidmət haqqı kimi 2 min yuan tələb edilir.

Elanların birində deyilir: "Sadəcə 6 min dollara Vyetnamda gəlin alın. Gəlinin xüsusiyyətləri aşağıdakılardır:
- bakirədir

-90 gün içərəsində təslim edilir
-əlavə xərci yoxdur
-1 il içərisində qaçarsa başqası ilə əvəz edilir.

Elnarə Əlosmanqızı
AzNews.az