“Təmiz Şəhər” ASC yeni və funksional dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edib. Bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq. “Təmiz Şəhər” ASC yeni və funksional dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edib. Bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq.

Köhnə əşyalarınızı atmayın, bağışlayın – Yeni layihə

“Təmiz Şəhər” ASC yeni və funksional dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edib. Bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq.


AzNews.az xəbər verir ki, saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri – şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər. Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını "Tullantim.az"ın "İanə et" bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də "Təmiz Şəhər" ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmziliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.

Bundan başqa saytın "Yaşıl düşün", "Atma, yarat", "Şəhərimizi təmiz saxlayaq", "Birja" bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə, şəxslərə və müəssisələrə tullantıları idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.