ŞOK! 2 uşağını öldürən ana azadlıqda

Adam öldürməkdə təqsirli bilinən qadına məhkəmə bəraət verib



Felisia Buts 14 aylıq qızı Lilini və 10 həftəlik oğlu Masonu ərinin qalstuku ilə boğaraq öldürüb. Məhkəmədə ifadə verən qadının 35 yaşlı əri arvadını günahlandırmadığını, əksinə onun çox yaxşı ana olduğunu deyib.

Hadisə bu ilin may ayında baş verib. Cefri Buts evə gələrkən arvadının ağladığını görüb, iki uşaq isə artıq ölmüş olub. Londondakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxan qadının cinayətdən əvvəl iki uşağının şəklini çəkərək, telefonla ərinə göndərdiyi məlum olub. Məhkəmədə hakim qadının günahsız olduğu və xəstəliyi tam keçənə qədər onun ruhi xəstələr üçün nəzərdə tutulan dispanserdə saxlanılması barədə qərar çıxarıb. (ann.az)

Hakim qadının əməlinin faciə olduğunu, ancaq bu hadisənin bir çox insan tərəfindən bir cinayət kimi qəbul görməyəcəyini bildirib. Bir çox qadın doğuşdan sonra "post natal" adı verilən depressiyaya düşür. İngiltərənin Milli Səhiyyə Qurumunun məlumatına görə, hər min qadından dördü eyni səbəblərə görə, xəstəxanalıq olur.

AzNews.az