- Köhnə - Maraqlı
- 2 Noyabr 2012 08:36
- 7 462
Dünyanın ən bahalı yaxtalarından biri Bakıya gətirilib
Yaxtanın uzunluğu 60 m, eni 10.68 m, hündürlüyü 3.1 m, maksimal sürəti 13.7 dəniz mili təşkil edir. Yaxta 70 sərnişini qısa səyahətlərə çıxara bilir və 2 lüks salona malikdir. Üstəlik, göyərtədə əlavə istirahət yerləri, gəmini sahibi və VİP qonaqlar üçün isə böyük kabinələr var.
Azərbaycan bayrağı altında üzən "Caspian Star" 11 ay ərzində hazırlanıb. Bu, Brodosplit - Special Naval Shipyard gəmiqayırma şirkətin lüks yaxtaların hazırlanması istiqamətində növbəti addımı hesab edilir.
Bakıya gətirilmiş bu yaxta dünyada ən böyük və lüks yaxtalar kateqoriyasına aid edilir.