İran vertikal uçuşlu pilotsuz təyyarəsi ilə öyündü

İran vertikal uçuşlu pilotsuz təyyarə hazırlayıb. AzNews.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarə "Mazandaran" (Mazandaran Science and Technology Park) şirkəti tərəfindən hazırlanıb.

Layihənin rəhbəri Abbas Camdır. İxtira 2013-cü ilin yanvar-fevral aylarında İran İnqilabının 34-cü ildönümü ərəfəsində geniş ictimaiyyətə təqdim ediləcək. Təyyarənin qapalı sınaqları artıq noyabrın 3-də İranın ali hərbi rəhbərlərinin iştirakı ilə keçirilib.

AzNews.az