- Köhnə - Maraqlı
- 22 Yanvar 2016 19:05
- 9 722
Qubada 20 000 manata “Moskviç” satılır - Fotolar
Son vaxtlar avtomobillərin satış qiymətində eniş müşahidə olunsa da, bu proses antik nümunələrə aid deyil.
Tap.az saytında 1949-cu il istehsalı olan "Moskviç 400" markalı avtomobil 20 000 AZN-ə satışa qoyulub.
İlham adlı şəxsə məxsus maşın zavod detallarıyla yenidən restavrasiya olunub və sənədləri də qaydasındadır.
Satıcı elanda qeyd edib ki, avtomobil Quba şəhərindədir.




Oxu.az