Rusiya əhalisinin yarıdan çoxu heç olmasa gündə bir dəfə sosial şəbəkələrdəki hesablarına girir. Rusiya əhalisinin yarıdan çoxu heç olmasa gündə bir dəfə sosial şəbəkələrdəki hesablarına girir.

Hər 10 adamdan biri “onlaynda oturur” - Sorğu

Rusiya əhalisinin yarıdan çoxu heç olmasa gündə bir dəfə sosial şəbəkələrdəki hesablarına girir.

Novator.az xəbər verir ki, bunu Rusiya İctimai Rəy Fondunun keçirdiyi sorğu göstərib.

Sorğunun nəticəsi yanvarın 28-də açıqlanıb. Nəticələrə görə, Rusiyada hər gün sosial şəbəkələrə daxil olanların 80%-dən çoxu gənclərdir. Bu ölkədə hər 10 nəfərdən biri daima şəbəkədə olur, yəni həmişə "onlaynda oturur".

Sorğuda iştirak edən respondentlərin 24%-i "Vkontakte", 16%-i "Odnoklassniki", 3%-i "Facebook" şəbəkəsindən istifadə etdiyini söyləyib. İctimai Rəy Fondunun sorğusuna görə, "Vkontakte" və "Facebook"dan ən çox 18-29 yaş arası gənclər, "Odnoklassniki"dən isə yaşı 30-u keçənlər istifadə edir.

Sorğuya cəlb olunanların yarıdan çoxu sosial şəbəkələrdən ünsiyyət saxlamaq, qalanı isə xəbərləri, KİV materiallarını izləmək üçün istifadə etdiyini bildirib.

İctimai Rəy Fondu sorğusunu bu il yanvarın 15-19-da, ölkənin 104 yaşayış məntəqəsində 1000 nəfərə yaxın internet istifadəçisi arasında aparıb.