Tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio “Knights Bridge Entertainment” Britaniya kinofilm şirkətinin “Putin” filmində Rusiya prezidenti Vladimir Putin rolunu oynayacaq. Tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio “Knights Bridge Entertainment” Britaniya kinofilm şirkətinin “Putin” filmində Rusiya prezidenti Vladimir Putin rolunu oynayacaq.

Di Kaprio prezident olacaq

Tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio “Knights Bridge Entertainment” Britaniya kinofilm şirkətinin “Putin” filmində Rusiya prezidenti Vladimir Putin rolunu oynayacaq.


Filmin layihəsi artıq şirkətin saytında, həmçinin IMDB resursunda bildirilib.

Hər iki resursda layihə "Putin" adlandırılır. Başlığın yanında filmin hazırlıq mərhələsində olduğu qeyd olunub. "Artıq Di Kaprio filmdə aparıcı rolu yerinə yetirmək üçün ilkin razılığını verib. 2016-cı ilin yazında başlanacaq filmin çəkilişləri Rusiyada, Amerikada və Avropada keçəcək. Filmin ekranlara çıxışı 2017-ci ilin yaza planlaşdırılıb", - deyə məlumatda bildirilir.

Filmin janrı dünya siyasətinin zirvəsində olmuş prezidentin həyatından və işindən olan faktlardan ibarət siyasi trillerdir. Dövlət Təhlükəsizlik Komitəsinin zabitindən, baş nazir, prezidentə qədər gedən yol filmdə göstərilir.

Bir müddət əvvəl Di Kaprio "Velt am Sontaq" dərgisinə verdiyi müsahibəsində bu barədə danışıb. Amerikalı aktyor kinoda Rusiya prezidenti Vladimir Putinin rolunu canlandırmaq istədiyini bildirib. Aktyor həmçinin bir neçə il əvvəl Sankt-Peterburqda Sibir pələnglərinin xilası üzrə keçirilən forumda Putinlə şəxsən görüşdüyünü bildirib.

"Mənim fondum bu yırtıcı pişiklərin müdafiəsi üçün olan bir neçə layihəyə maliyyə dəstəyini göstərib. Putinlə mən yalnız bu çox gözəl heyvanların müdafiəsi haqqında danışmışıq, siyasət barədə heç bir söhbət olmayıb", - deyə Di Kaprio əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Leonardo Di Kaprio Rusiya vətəndaşlığı almaq istədiyini bildirib. Di Kaprio nənəsi Yelena Smirnovanın Rusiyanın Perm şəhərindən olduğunu bildirərək "Rusiyanı çox sevirəm. Rus vətəndaşlığı almaq istəyirəm" - deyə bildirib. Di Kaprio, həmçinin Sovet filmlərini çox sevdiyini və poster kolleksiyası yığdığını bildirib.

Anspress