“Mən bunu elə-belə, zarafatla dedim ki, lazım olsa böyrəyimi sataram. Bunu da ciddiyə aldılar”. “Mən bunu elə-belə, zarafatla dedim ki, lazım olsa böyrəyimi sataram. Bunu da ciddiyə aldılar”.

Böyrəyini satışa çıxaran aktyor: “Zarafatla dedim, ciddiyə aldılar”

“Mən bunu elə-belə, zarafatla dedim ki, lazım olsa böyrəyimi sataram. Bunu da ciddiyə aldılar”.


Bunu AzNews.az-a açıqlamasında Uşaq Teatrının böyrəyini satışa çıxaran aktyoru Cavanşir Məhərrəmov bildirib. Uzun illərdir ki, kirayədə qalan aktyor buna görə həyatından bezdiyini qeyd edib: "İmkansızlıqdan əziyyət çəkirəm. Belə açıqlama ilə çıxış etdim ki, bəlkə kimlərsə mənə kömək edə…"

C.Məhərrəmov onu da qeyd edib böyrəyini satması ilə bağlı heç bir quruma, tibb müəssisəsinə müraciət etməyib: "Bu elandan sonra da heç kim böyrəmi almaq üçün mənə müraciət etməyib. İstəyirəm ki, müəyyən dövlət qurumları köməklik etsin. İmkansızam".

Aktyor vurğulayıb ki, bu açıqlamadan sonra ona müəyyən bank hesabının açılması ilə bağlı təkliflər olunub. O, həmçinin bu addımının teatrla heç bir əlaqəsi olmadığını bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az