Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk dəfə beynəlxalq arenaya çıxan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakıya səfər etmiş Rusiya və Türkiyə məktəbliləri öz vətənlərinə qayıdıblar. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk dəfə beynəlxalq arenaya çıxan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakıya səfər etmiş Rusiya və Türkiyə məktəbliləri öz vətənlərinə qayıdıblar.

Qardaşlaşmış məktəblilərdən İlham Əliyevə müraciət - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk dəfə beynəlxalq arenaya çıxan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakıya səfər etmiş Rusiya və Türkiyə məktəbliləri öz vətənlərinə qayıdıblar.



AzNews.az xəbər verir ki, fevralın 13-dən 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Qardaşlaşmış məktəblər" layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşib. Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında "Qardaşlaşma sazişi" imzalanıb. İmzalanma mərasimindən sonra qardaşlaşmış məktəblilər şəhərimizin görməli yerlərində - Dövlət Bayrağı meydanı, Əl oyunları Sarayı, Bakı Venesiyası, Qız qalası, Filarmoniya bağı, İçərişəhər, Şirvanşahlar sarayı, Sabir bağı, Fəvvarələr meydanında olublar. Qonaqlar xüsusilə Heydər Əliyev Mərkəzindən və Heydər məscidindən böyük təəssüratla ayrılıblar. Layihə çərçivəsində məktəblilər "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016" Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə maraqlı görüşlər keçiriblər.

Məktəbliləri Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində direktor İbrahim Yıldırım qarşılayıb. Layihə iştirakçılarını Mərkəzlə tanış edən direktor Türkiyə ilə Rusiyanın dostluğunun 500 illik tarixi olduğunu xatırladaraq, məktəbliləri hər zaman qardaşlıq və sülh uğrunda birgə fəaliyyət göstərməyə çağırıb.

Layihənin sonuncu günü Qardaşlaşmış məktəblilər və Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları dövlət rəsmilərinin iştirakı ilə yekun mərasimə qatılıblar.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: "Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq. Mən bilirəm ki, bizim bir çox tələbələrimizi artıq göz yaşları, qəhər boğmağa başlayır. Bu, yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq".

Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçılarına və təşkilatçılarına öz təşəkkürünü bildirən Dövlət müşaviri qardaşlaşan məktəblilərə dostluqlarının bir ömür boyu sürməsini arzulayıb: "Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq". Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi. Gələcəkdə sizin hamınızı yenidən Azərbaycanda görmək arzusundayıq. Sizin xalqlarınıza əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm qış məktəbinin və "Qardaşlaşmış məktəblər" layihəsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib, xarici tələbələrin və məktəblilərin ölkəmizə səfərinin Azərbaycan multikulturalizminin dünyada tanıdılması üçün bir vasitə olduğunu söyləyib.

Qardaşlaşmış Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətin mətnini təqdim edirik: "Təkcə məktəblilər və məktəblər arasında deyil, həm də xalqlar, ölkələr arasında qardaşlığa, isti münasibətlərə töhfə verən "Qardaşlaşmış məktəblər" layihəsinin məhz Azərbaycanda keçirilməsi Sizin mənəvi haqqınızdır. Görüb eşitdiklərimiz bizim hər birimizdə bu qənaəti də gücləndirdi ki, Siz bir dövlət başçısı, həm də sadə, mehriban insan olaraq yeniyetmə və gənclərin yaxın dostu və himayədarısınız. Sizin təhsil aldığınız 6 nömrəli məktəbdə keçirdiyimiz görüşlər, məktəb illərinizi əks etdirən foto-guşə ilə tanışlıq da qəlbimizdə silinməz xatirəyə çevrildi.

Biz ürəyimizin səsi ilə Azərbaycanda gördüklərimizi ölkəmizdə təbliğ və təşviq edəcəyik. İmzaladığımız qardaşlıq andında üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərək növbəti dəfə öz dostlarımızla Moskva və Ankarada yenidən görüşəcəyik.

Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ölkənizdən zəngin təəssüratla ayrılırıq, bizi Bakıya Azərbaycana marağımız gətirdi, indi isə Vətənimizə özümüzlə Azərbaycan sevgisi aparırıq.

Sizə və Prezidenti olduğunuz Odlar Diyarına sonsuz sevgi ilə".
image description image description image description image description image description