Mingəçevir Dövlət Dram Teatrının bir müddət öncə intihara cəhd edən aktyoru Asim Məmmədov cəzalandırılıb. Mingəçevir Dövlət Dram Teatrının bir müddət öncə intihara cəhd edən aktyoru Asim Məmmədov cəzalandırılıb.

İntihara cəhd edən aktyorun maaşı azaldıldı – İş polisə verildi

Mingəçevir Dövlət Dram Teatrının bir müddət öncə intihara cəhd edən aktyoru Asim Məmmədov cəzalandırılıb.


Bu barədə AzNews.az-a sözü gedən teatrın direktoru Səxavət Məmmədov məlumat verib. Onun sözlərinə görə, A.Məmmədov aktyorluqdan 9-cu dərəcəli dram artisti ştatına endirilib. Direktor bunun səbəbini A.Məmmədovun işində yol verdiyi nöqsanlarla və ictimaiyyəti səhv məlumatlandırdığına görə əlaqələndirib: "Dərəcə onun gördüyü yaradıcılıq işi ilə ölçülür. Baş rejissor və rejissor köməkçisi məlumatı əsasında biz onu icra elədik. Təbii ki, onun cəzalanmasına intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlar da təsir göstərib. İctimaiyyəti səhv məlumatlandırdığına, mətbuata yalnış məlumatlar ötürdüyünə, teatrın imicinə xələl gətirdiyinə, bu məsələlərlə bağlı məşqlərə gecikdiyinə və yaradıcı işində nöqsanlara yol verdiyinə görə barəsində təqdimat hazırlanıb və mən də direktor kimi onu icra etmişəm".

S.Məmmədov qeyd edib ki, A.Məmmədovun hərəkətləri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilib: "Məsələ polisə də verilib. Polisin şifahi sorğusu əsasında biz məlumat verdik. Polis mətbuatda intihar olayı ilə bağlı gedən məlumatlar əsasında teatra sorğu göndərib. Biz də hadisə barəsində məlumat vermişik".

Məlumat üçün bildirək ki, 9-cu dərəcəli dram artisti ştatına endirilmək aktyorun maaşının azaldılması və zəif aktyor hesab olunması deməkdir.

Xatırladaq ki, bir müddət bundan öncə Mingəcevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədovun borc məsələsi ilə əlaqədar intihara cəhd etməsi xəbəri yayılmışdı. Aktyor özü bu xəbərləri gah inkar, gah təsdiq etsə də, həmkarları onun doğrudan da intihara cəhd etdiyini bildirmişdilər.

Bahar RÜSTƏMLİ
AzNews.az