Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafov Rus Dram Teatrının səhnəsində quruluş verilən “Kazanova: sevgi dərsləri” tamaşasında rol alıb. Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafov Rus Dram Teatrının səhnəsində quruluş verilən “Kazanova: sevgi dərsləri” tamaşasında rol alıb.

Fəxrəddin Manafovdan sevgi dərsləri

Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafov Rus Dram Teatrının səhnəsində quruluş verilən “Kazanova: sevgi dərsləri” tamaşasında rol alıb.



Teatrdan AzNews.az-a verilən məlumata görə, o, müəllifləri Viktor Korkiya və Aleksandr Lavrinin əsərində Kazanova obrazını oynayacaq. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev, aktyorlardan Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva da rol alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az