“Riqoletto” Opera və Balet Teatrında

Noyabrın 17-də Akademik Opera və Balet Teatrında C.Verdinin "Riqoletto" operasının tamaşası keçiriləcək. Opera və Balet Teatrının rəhbərliyi bu məqsədlə Azərbaycana Moldova və Ukraynadan olan vokalçıları dəvət edib.

Qeyd edək ki, tamaşada Moldova Milli Opera və Balet Teatrının aparıcı solisti, Moldovanın əməkdar artisti Liliya Şolomey, Hersoq rolunda isə Ukraynanın əməkdar artisti, Odessa Milli Akademik Opera və Balet Teatrının solisti Vladislav Qoray çıxış edəcək.

V.Qoray opera müğənnisi kimi Böyük Britaniya, İspaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Hollandiya, İsveçrə və Belçika kimi ölkələrdə uğurlu qastrol səfərlərində olub. 2005-ci ildən bəri o hər il İsraildə "Müqəddəs torpağın üç tenoru" adlı layihədə iştirak edir.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Bahar Rüstəmli
AzNews.az