Xalq artisti, dünya şöhrətli sənətkar Zeynəb Xanlarova ansamblına yeni üzv qəbul edib. Klarnet ifaçısı Zahid Qubadlı bundan sonra fəaliyyətini Z.Xanlarovanın ansamblında davam etdirəcək. Xalq artisti, dünya şöhrətli sənətkar Zeynəb Xanlarova ansamblına yeni üzv qəbul edib. Klarnet ifaçısı Zahid Qubadlı bundan sonra fəaliyyətini Z.Xanlarovanın ansamblında davam etdirəcək.

Məşhur musiqiçi Zeynəb Xanlarovanın ansamblında - Foto

Xalq artisti, dünya şöhrətli sənətkar Zeynəb Xanlarova ansamblına yeni üzv qəbul edib. Klarnet ifaçısı Zahid Qubadlı bundan sonra fəaliyyətini Z.Xanlarovanın ansamblında davam etdirəcək.


Bu barədə AzNews.az-a ifaçının özü məlumat verib. Onun sözlərinə görə, dəvət Z.Xanlarovanın özündən gəlib: "Dəvət gəldi, mən də qəbul etdim. Məşq etdiyimiz məkanda görüşdük. O, məni həddən artıq bəyəndiyini dedi. Bir aya yaxındır ki, Zeynəb xanımla işləyirəm. Onun hər bir sözü faydalıdır".

Z.Qubadlı qeyd edib ki, Z.Xanlarovanın hər musiqiçini bəyənməməyə haqqı var: "Məndən əvvəl ansamblda Vəli Qədimov işləyib. Allah rəhmət eləsin ona, o, Zeynəb xanımla uzun müddət bir yerdə işləyib. Zeynəb xanım bizim canlı əfsanəmizdir".

Bahar RÜSTƏMLİ
AzNews.az