Əməkdar artist Mehriban Xanlarovanın qonşusu tərəfindən döyülməsilə bağlı bəzi xəbər saytlarında yayılan məlumatlar yalandır Əməkdar artist Mehriban Xanlarovanın qonşusu tərəfindən döyülməsilə bağlı bəzi xəbər saytlarında yayılan məlumatlar yalandır

Əməkdar artist: “Məni heç vaxt döyməyiblər” – AÇIQLAMA

Əməkdar artist Mehriban Xanlarovanın qonşusu tərəfindən döyülməsilə bağlı bəzi xəbər saytlarında yayılan məlumatlar yalandır



Əməkdar artist Mehriban Xanlarovanın qonşusu tərəfindən döyülməsilə bağlı bəzi xəbər saytlarında yayılan məlumatlar yalandır. Bu barədə AzNews.az-ın müxbirinə zəng edən M.Xanlarova haqqında yazılan bu xəbəri də təkzib etdi:

"Özünü saytların birinin müxbiri kimi təqdim edən şəxs mənə zəng edib qonşumla dalaşdığımı və üstəlik onun tərəfindən döyüldüyüm haqda soruşdu. O dedi ki, guya mən hazırda xəstəxanada müalicə alıram. Əslində isə həmin vaxt mən nəvəmlə yol gedirdim. Hamıya açıq-aydın şəkildə deyirəm ki, məni heç vaxt döyməyiblər. Yayılan bu xəbər də kökündən yalandır. Maraqlıdır, bu söhbətləri niyə yayırlar? Axı mənim haqqımda niyə mənfi fikirlər formalaşdırmaq istəyirlər? Bunu anlaya bilmirəm".

M.Xanlarova onu qeyd edib ki, bir neçə gün əvvəl keçmiş həyat yoldaşı Etibar Süleymanovun haqqında danışdıqları da həqiqətə uygun deyil.

Fuad Mədətov

AzNews.az