Bəy nəvəsi olan müəllim haqda film – Premyerası olacaq

“Qırmızı bağ” bədii filminin təqdimatı keçiriləcək.


Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində istehsal olunan film vaxtı ilə babaları bəy olmuş müəllimin həyatından bəhs edir. Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, operatoru Maksim Drozdov, rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WeiT Media"). Əsas rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırırlar.

Qeyd edək ki, təqdimat aprelin 12-də Nizami Kino Mərkəzində baş tutacaq.

AzNews.az