Opera və Balet teatrının solisti, Əməkdar artist Gülüstan Əliyeva solo konsertə hazırlaşır. Opera və Balet teatrının solisti, Əməkdar artist Gülüstan Əliyeva solo konsertə hazırlaşır.

Gülüstan Əliyeva konsertə hazırlaşır

Opera və Balet teatrının solisti, Əməkdar artist Gülüstan Əliyeva solo konsertə hazırlaşır.


Bu barədə AzNews.az-a əməkdar artist özü məlumat verib. Sənətkarın sözlərinə görə, sözügedən konsert proqramı sentyabr ayında reallaşacaq:

"Əslində mən bu konserti aprel ayında nəzərdə tutmuşdum. Biletlər satılıb, reklam rolikləri gedirdi. Aprel döyüşləri və Qarabağ uğrunda ölən şəhidlərin ruhu, onların ailələrinin acısını, göz yaşını özümünkü bildim. Çünki illər öncə bu acını mən də yaşamışam. Belə bir vaxtda səhnəyə çıxıb oxuya bilməzdim. Odur ki, bütün konsert proqramını təxirə saldım. Həmin proqram sentyabrda tamaşaçılarımın ixtiyarına veriləcək".

G.Əliyeva qeyd edib ki, hazırda Azərbaycandan kənardadır. O, bu səfərin istirahətlə yanaşı həm də yaradıcı xarakter daşıdığını vurğulayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az