- Köhnə - Mədəniyyət
- 23 Noyabr 2012 06:59
- 3 275
Aşıq Kamandar haqqında kitab
Kitabda ədəbiyyat və incəsənət xadimlərinin, ictimai-siyasi xadimlərin, folklorşünas alimlərin və sənət dostlarının ustadla bağlı xatirələri, müxtəlif illərdə barəsində mətbuatda yazılan yazılar, müsahibələri və ona ithaf olunmuş şeirlər yer alıb.
"Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş kitabın məsləhətçisi və redaktoru Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdur.
Kitab "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu tərəfindən tərtib edilib.
Bahar Rüstəmli
AzNews.az