Aktyor ürəyindən əməliyyat olundu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlikov cərrahiyyə əməliyyatı olunub.

Aktyorun ailəsindən APA-ya verilən məlumata görə, aktyor ürəyindən cərrahiyyə əməliyyatı olunub.

Əməliyyat noyabrın 24-də Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan Ramiz Məlikovun vəziyyəti sabit –ağır qiymətləndirilir. O da əlavə olunub ki, aktyor bir müddət imiş ki ürək ağrılanrından əziyyət çəkirmiş.

Aktyorun palataya nə zaman köçürüləcəyi hələ məlum deyil.

AzNews.az