“Amerikada azərbaycanlılara konsert keçirməyə imkan verilməsin” “Amerikada azərbaycanlılara konsert keçirməyə imkan verilməsin”

Kaliforniyada ermənilər “Leyli və Məcnun”a qarşı aksiya keçirib

“Amerikada azərbaycanlılara konsert keçirməyə imkan verilməsin”



Üzeyir Hacıbəylinin ˝Leyli və Məcnun˝ operasının Kaliforniyanın San Fransisko şəhərində nümayiş edilməsi barəsində xəbər vermişdik. Qeyd edək ki, bu, ˝Leyli və Məcnun˝ operasının ABŞ-da ilk nümayişi idi.

"Leyli və Məcnun"un Amerikada təbliğ olunmaması üçün ermənilər Kaliforniyada aksiya keçirib.

Bu barədə AzNews.az-a muğam müsabiqəsinin qalibi və Məcnun obrazının ifaçısı İlkin Əhmədov məlumat verib: "Ermənilər Amerikada hər addım başı bizə maneçilik törətdilər. Ermənilərin bir istəyi vardı, nəyin bahasına olursa-olsun bizim konserti pozmaq. Onlar Kaliforniya kimi bir ştatda Azərbaycan milli musiqisinin təbliğ olunmasının əlehinə idilər. Çalışırdılar, elə bir şərait yaratsınlar ki, bizim Amerika konsertimiz baş tutmasın. Hələ ermənilər bunu üçün aksiya da keçirdilər. Tələbləri də bu idi ki, "Amerikada azərbaycanlılara konsert keçirməyə imkan verilməsin". Azərbaycanın Amerikadakı səfirinin ağıllı səyi nəticəsində biz konsertimizi yüksək səviyyədə keçirdik.

700-800 nəfərlik zal ağzına kimi dolu idi. Kaliforniya ermənilərin kompakt yaşadığı bir ştatdır. Onlar bütün konsert boyu çirkin niyyətlərindən əl çəkmədilər. Məqsədləri konsertə maneçilik törətmək, bizi gözdən salmaq idi. Görəndə ki, konsert amerikanlar tərəfindən yüksək qarşılandı geri çəkildilər".

Bahar Rüstəmli
AzNews.az