“Bala, ağla, ağla, doğrudan da ağlamalı gündəsiniz” “Bala, ağla, ağla, doğrudan da ağlamalı gündəsiniz”

Axundov Rasim Balayevə yuxuda nə deyib?

“Bala, ağla, ağla, doğrudan da ağlamalı gündəsiniz”



"Azərbaycan kino sənətində baş verən özbaşınalıq, hərc-mərcliyə biganə qalmaq qeyri-mümkündür. Hətta bu qanunsuzluq o həddə çatıb ki, mərhum Mirzə Fətəli Axundov da dözə bilməyib hönkürtü ilə ağladı".

Bunu AzNews.az-a açıqlamasında xalq artisti, sevilən aktyor Rasim Balayev deyib.

Aktyorun sözlərinə görə, bir neçə gün öncə Mirzə Fətəli Axundov onun yuxusuna girib: "Olanları xatırladıqca gözüm doldu, ağladım. O, mənə ürək-dirək verdi. Dedi ki, "kişi ağlamaz". Dedim ki, necə ağlamayım, gör sənə nə zülüm ediblər? Evinə daş atıblar, uşaqlarını itirmisən, bu qədər əzab-əziyyət ediblər. Bəs bunlara ağlamayaq neyləyək? Mirzə Fətəli Axundov məndən soruşdu ki, "neçə vaxtdır xəbərsizəm, siz tərəflərdə nə var, nə yox?" Mən də olanları danışdım.

Dedim ki, qərib sizin xəbəriniz yoxdur. Bizi ayırdılar, Kinemotoqrafçılar İttifaqını iki yerə böldülər. Başımı yuxarı qaldıranda baxdım ki, Mirzə Fətəli ağlayır. Dedi ki, "ay mənim balalarım, siz nə gündəsiniz". Baş-başa verib ağlaşdıq. Dedi ki, "bala, ağla, ağla, doğrudan da ağlamalı gündəsiniz".

Bahar Rüstəmli
AzNews.az