- Köhnə - Mədəniyyət
- 1 Noyabr 2016 18:37
- 6 623
Alim Qasımov və qızı Parisdə konsert verəcək
Noyabrın 5-də xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Parisdə konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. "Philharmonie De Paris - Cite De La Musique"də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.
AzNews.az