Məşhur teleaparıcı, Əməkdar incəsənət xadimi, “KVN” teleteatrının təşkilatçısı və aparıcısı Aleksandr Maslyakovun 75 yaşı tamam olur. Məşhur teleaparıcı, Əməkdar incəsənət xadimi, “KVN” teleteatrının təşkilatçısı və aparıcısı Aleksandr Maslyakovun 75 yaşı tamam olur.

“Bu gün Azərbaycanda “KVN” varsa, bu Maslyakovun zəhmətidir”- Vado Korovin

Məşhur teleaparıcı, Əməkdar incəsənət xadimi, “KVN” teleteatrının təşkilatçısı və aparıcısı Aleksandr Maslyakovun 75 yaşı tamam olur.


"Parni iz Baku" komandasının üzü Vado Korovin AzNews.az vasitəsi ilə yubilyarı təbrik edib:

"Maslyakov Rusiya məkanında tanınan böyük insanlardan biridir. Öz işinin ustasıdır, həm də ustaddır. O, iş fəaliyyətinə 20 yaşı olanda başlayıb. Artıq bu gün onun səhnə fəaliyyətinin 55 ili tamam olur. 55 ildir ki, bu insan səhnədə və eyni zamanda televiziyadadır. İndi Rusiya kanallarında ən iri ulduzlar məhz "KVN"-ə çıxırlar. Əgər bu gün Azərbaycanda "KVN" varsa, bu Maslyakovun zəhmətidir. Buna görə onu ürəkdən təbrik edirəm".

V.Korovun Maslyakovun Azərbaycanda 3 dəfə səfərdə olduğunu vurğulayıb:

"Maslyakov göründüyü kimi sadə insan deyil. Onun Azərbaycanla bağlı təsəvvürləri böyükdür, gözəl düşüncələri var. Bizim komandamız var "Bakı yığması" (Сборная Баку). Maslyakov səhnə görkəmindədir. Çox gözəl qalıb, gümrahdır".

Aleksandr Maslyakov 1941-ci il noyabrın 24-də Sverlovskda anadan olub. Ailəlidir, 1 övladı var.

Bahar RÜSTƏMLİ
AzNews.az