Türkan Şoray: “Azərbaycanda unuda bilməyəcəyim anlar yaşadım”

Türkiyənin məşhur aktrisası Türkan Şoray "Habertürk" qəzetində Azərbaycan səfəri barədə məqalə yazıb.

Türkan Şoray yazır: "Azərbaycanda 3 gün yaşadığım gözəlliklər məni bu yazını yazmağa sövq etdi. "Sinemam ve ben" adlı kitabımda 1970-ci ildəki Bakı səyahətimdəm söz açaraq, "Qardaş ölkə Azərbaycanda çox sevildiyimi bilirəm. Mən də azərbaycanlı qardaş və bacılarımı çox sevirəm. İlk fürsətdə bu ölkəyə gedərək onlarla qucaqlaşmaq istəyirəm" - demişdim.

Deməli, nə qədər ürəkdən istəmişəm ki, qarşıma bir anda Azərbaycan səyahəti çıxdı. Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovla Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev məni İstedadlı və Yaradıcı Gənclərin II Respublika Toplantısının açılış mərasimində iştirak etmək üçün dəvət etmiş və daha sonra bu gənclərlə kino və incəsənət barədə danışmağımı (master-klass) arzu etmişdilər. Azərbaycanda 3 gün unuda bilməyəcəyim anlar yaşadım. Qardaş ölkədə sözlə ifadə edə bilməyəcəyim sevgi seli ilə qarşılaşdım.

Əvvəl Heydər Əliyevin məzarına çiçəklər qoydum. Bu ziyarət etdiyimiz yerdə tanınmış ictimai siyasi dövlət xadimlərinin və milli qəhrəmanların da məzarları vardı. Sonra Şəhidlər Xiyabanına getdik. Azərbaycanın Müstəqillik şəhidləri. Yüzlərlə lövhələrdə xalq şəhidlərinin adları yazılmışdı. Bu şəhidlərin mənəvi hüzurunda abidəyə qırmızı gülləri qoyduğum anda gözlərim doldu.

Xiyabanın sonunda əbədi məşəl yanırdı. Alovu elə böyük idi ki. Sən demə, bu məşəl illərdir şəhidlərin xatirəsinə yanırmış".

Bahar Rüstəmli
AzNews.az