Bu gün Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri təqdim olunacaq. Bu gün Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri təqdim olunacaq.

Dramatik hadisələrin fonunda sevgi və pul dilemması - “Oğru”da

Bu gün Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri təqdim olunacaq.


AzNews.az xəbər verir ki, tamaşanın rejissoru Rövşən Almuradlıdır.

Komediya janrında olan bu səhnə əsərində tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Bahar RÜSTƏMLİ
AzNews.az