Həmidə Ömərova: “Yəqin nə vaxtsa, biz də serial çəkə və onu təqdim edə biləcəyik”. Həmidə Ömərova: “Yəqin nə vaxtsa, biz də serial çəkə və onu təqdim edə biləcəyik”.

“Biz hələ serial çəkməyi öyrənirik” - AÇIQLAMA

Həmidə Ömərova: “Yəqin nə vaxtsa, biz də serial çəkə və onu təqdim edə biləcəyik”.




"Biz hazırda serial çəkməyi öyrənirik. Türkiyə, Rusiya, Avropa ölkələri necə seriallar çəkir, ilk öncə biz onlara baxıb öyrənməliyik. Öyrənmək heç vaxt gec deyil və bunu özümüzə eyib saymamalıyıq".

Bunu AzNews.az-a xalq artisti Həmidə Ömərova bildirdi. Onun fikrincə, bu vəziyyət illər öncə dublyaj başlayanda da baş verib: "Dublyaj təzə-təzə başlayanda da belə vəziyyət idi. Sonra gücümüzü ortaya qoyub bir çox serialları, filmləri dubliyaj etdik. "İmam Əli", "Həzrəti-Yusif" kimi seriallar sübut elədi ki, bizlər heç də başqa ölkələrin aktyorlarından geri qalmırıq. Hətta yeri gələndə dubliyajı onlardan da yüksək səviyyədə edirik. Bu "Həzrəti-Yusifin" timsalında göz qarşısındadır. Serial da belə. Yəqin nə vaxtsa, biz də serial çəkə və onu təqdim edə biləcəyik".

Bahar Rüstəmli
AzNews.az