Əfsanəvi aktyorun yaxın dostu Piter Fonda Cek Nikolsonun daha heç bir filmdə rol almayacağını bəyan edib. Əfsanəvi aktyorun yaxın dostu Piter Fonda Cek Nikolsonun daha heç bir filmdə rol almayacağını bəyan edib.

Cek Nikolson aktyorluq karyerasını başa vurdu

Əfsanəvi aktyorun yaxın dostu Piter Fonda Cek Nikolsonun daha heç bir filmdə rol almayacağını bəyan edib.

AzNews.az xəbər verir ki, dünya kino aləmində “Parıltı”, “Ququ quşu yuvasının üzərindən uçarkən”, “Dönüklər” filmləri ilə əfsanəyə çevrilən Cek Nikolson sonuncu dəfə mavi ekranlarda 2010-cu ildə görünüb. Aktyorun dostu Piter Fonda Nikolsonun daha heç bir filmdə çəkliməyəcəyini açıqlayıb.

Cek Nikolson özü bu xəbəri şərh etmir, ictimaiyyət arasında peyda olmur. Cek Nikolson həyatı boyu 70 filmdə çəkilib, “Oskar” mükafatına 12 dəfə namizəd olub, 3 dəfə bu mükafatı qazanıb.