Sənət adamları Naibə Allahverdiyevanı xəstəxanada ziyarət etdi - VİDEO + FOTO

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın xəstəxanadan görüntüsü yayılıb.

AzNews.az xəbər verir ki, aktrisanın sənət yoldaşlarından bir neçəsi Bakı sağlamlıq Mərkəzində onu xəstəxanada ziyarət edib. Onların arasında teatrın aktyoru Əməkdar Artist İlham Əsədov, Xalq Artisti Yasin Qarayev və Əməkdar Artist Nübar Novruzova da olub.

Görüntüdən onun səhhətinin yaxşı olmadığı hiss olunur.

Aktrisa əsəb pozğunluğundan əziyyət çəkir.

Bahar RÜSTƏMLİ

AzNews.az