IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimində tamaşaçıların diqqətinin çəkən Mina və onun babası obrazlarını canlandıran şəxslərin kimliyi məlum olub. IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimində tamaşaçıların diqqətinin çəkən Mina və onun babası obrazlarını canlandıran şəxslərin kimliyi məlum olub.

"Mina"nın "babası" danışdı: "Heç vaxt demədi ki, yoruldum"

IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimində tamaşaçıların diqqətinin çəkən Mina və onun babası obrazlarını canlandıran şəxslərin kimliyi məlum olub.

Bu barədə AzNews.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı bildirb. Onun sözlərinə görə, Mina rolunda Eleonora Yusifova oynayıb:

“Baba rolunda mən oynadım. Həmin rola məni Akademik Milli Dram Teatrının aktyoru olaraq dəvət olunmuşdum. Mina isə Eleonora Gimnastika Federasiyasının yetirməsidir. Federasiyanın nəzdində məktəb var, orada təhsil alır. Onun 13 yaşı var. Çox istedadlıdır. İki ay biz onunla bir yerdə çalışdıq. Hər gün məşqə gəlirdi. Heç vaxt demədi ki, yoruldum. Kiçik yaşlarından bədii gimnastika sahəsində olub.”

Nurəddin Mehdixanlı Baba rolunun əsas ideyasının açıqlayıb: “Baba öz nəvəsini sabaha hazırlamalı idi. O, keçmişi, tarixin səhifələrini, dilindən-dinindən asılı olmayaraq, insanların biri-birini sevməsini nəvəsinə öyrədir. Baba hiss edir ki, nəvəsi artıq hər şeyi bilir, bütün bildiklərini onun vasitəsi ilə özündən sonra gələn nəsilə ötürdü.”

Nurəddin Mehdixanlı Mina roluna görə, Elenora Yusifovadan savayı 5 gimnastın dəvət olunduğunu vurğulayıb:

“Onun 5 nəfər dublyoru vardı. Allah eləməsin, birdən bir hadisə baş versəydi onda onu əvəzləyə biləcəkdilər.”

Aktyor hesab edib ki, bu gecədə oynadığı baba rolu onun həyatında daha bir tarix yazdı:

“Təbii ki, bu uğurlara görə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirik.”

Bahar RÜSTƏMLİ

AzNews.az