IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Bakıda Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Bakıda Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib.

Bakıda İndoneziya və Malayziyanın mədəniyyət günləri keçirilir

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Bakıda Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu qəbildən olan ikinci tədbir mayın 14-də İndoneziya və Malayziya ölkələrinə həsr edilib.

Belə ki, səhər saatlarından başlayaraq paytaxt sakinləri və şəhərimizin qonaqları hər iki ölkənin mədəniyyət günü çərçivəsində İndoneziya və Malayziyanın muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq imkanı əldə ediblər. Həmçinin tədbir çərçivəsində iki ölkənin sənətkarlarının iştirakı ilə konsert proqramının təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, İslamiada çərçivəsində Sabir bağında Misir, Türkiyə və digər İslam ölkələrinin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.