"Özümü çox yaxşı hiss edirəm"- Fuad Poladov

Xalq artisti, Azərbaycanın görkəmli teatr və kino aktyoru Fuad Poladovun ad günüdür.

Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, doğum gününü evində, ailəsi ilə birlikdə qeyd edəcək:

“Yaşımın üstünə yaş gəlsə də, özümü çox yaxşı hiss edirəm. Səhhətim də əladır. Axşamdan təbrik zəngləri gəlir. Məni yada salan hər kəsə təşəkkür edirəm.”

Xalq artisti, Rus-Dram Teatrının aktyoru Fuad Poladovun 68 yaşı tamam olur.

Bahar RÜSTƏMLİ
AzNews.az