Azərbaycan filmi Banqkokda

Azərbaycanlı rejissor Asif Rüstəmovun "Axınla aşağı" filmi ("Down the river") Tailandın paytaxtı Banqokda "River city" kino mərkəzində nümayiş etdiriləcək.

Bu barədə Mediafax.Az-a filmin yaradıcı heyəti məlumat verib.

"Axınla aşağı" filminin quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri oynayırlar.

Qeyd edək ki, 2014-cü ildə "Azərbaycanfilm"də istehsal edilən film indiyədək bir çox xarici ölkələrin film festivallarında nümayiş etdirilib.

AzNews.az