Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəyli Almaniyaya aparılır. Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəyli Almaniyaya aparılır.

Səhhəti ağırlaşan Xalq artisti Almaniyaya aparılır - Yenilənib

Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəyli Almaniyaya aparılır.

Bunu barədə AzNews.az-a onun özü məlumat verib. Sənətkar qeyd edib ki, bu ağır yükü üzərinə “Həyat” fondu götürüb:

“Hazırda xəstəliklə bağlı sənədləri hazırlayıram. Bütün sənədlər ingilis dilinə tərcümə olunur. Bunlar hazır olan kimi məni Almaniyaya aparacaqlar.”

***

12:49

"HƏYAT" fondu bu dəfə uzun müddətdir ki, yataq xəstəsi olan Xalq artisti Ramiz Əzizbəyliyə baş çəkib.

AzNews.az xəbər verir ki, fondun təsisçisi Nuran Hüseyov sənətkarın evində qonaq olub: “Ramiz Əzizbəyli xeyli vaxtdır ki, xəstədir. Ona kömək edəcəyik. Öz yaradıcılığı ilə xalqına xidmət edən sənət adamına borcumuzu verməyin vaxtıdır.”

Xalq artisti Ramiz Əzizbəyli uzun zamandır ki, yataq xəstəsidir.

Bahar RÜSTƏMLİ

AzNews.az