Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə ikinci dəfə əməliyyat olunub. Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə ikinci dəfə əməliyyat olunub.

Rafiq Hüseynovdan bədbin etiraf: “Bundan sonra yaxşı olmayacam”

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə ikinci dəfə əməliyyat olunub.

Bu barədə AzNews.az onun özü məlumat verib. Diktor bu dəfə bağırsağından əməliyyat olunduğunu qeyd edib:

“Bağırsağımda problem vardı, mənə əziyyət verirdi. Həkimlər əməliyyatın vacib olduğunu dedi. Hazırda Türkiyədəyəm. Əməliyyatdan sonra özümü normal hiss edirəm. Amma bundan sonra səhhətim daha yaxşı olmayacaq.”

Rafiq Hüseyov bazar günü Bakıya dönəcəyini də vurğulayıb.

Rafiq Hüseynov uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir neçə il bundan əvvəl xəstəliklə əlaqədar Türkiyədə əməliyyat olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az