İyunun 26-da dünyasını dəyişən Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyevanın sosial şəbəkədə yeni videosu yayılıb. İyunun 26-da dünyasını dəyişən Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyevanın sosial şəbəkədə yeni videosu yayılıb.

Xalq artistinin ölümündən əvvəlki son ifası - Video

İyunun 26-da dünyasını dəyişən Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyevanın sosial şəbəkədə yeni videosu yayılıb.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, videonu xanəndənin oğlu anasının adı ilə idarə etdiyi səhifədə paylaşıb.

Görüntüdə xalq artistinin xəstə ikən mahnı oxuması əks olunub. Bu, sənətkarın son ifası olub.

Xatırladaq ki, səhhətində ciddi problemlər yaranan Q.Quliyeva Respublika Müalicəvi Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.