- Köhnə - Mədəniyyət
- 31 İyul 2017 12:14
- 19 645
Şəfiqə Məmmədova "Space"in prezidentini mükafatlandırdı - 2000 manat

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 Avqust Milli Kino Günü ilə əlaqədar “Milli Kino Mükafatı”nın sahibini açıqlayıb.
İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin AzNews.az –a verdiyi məlumata görə, sözü gedən mükafat xalq artisti, kinorejissor, “Space” telekanalının rəhbəri Vaqif Mustafayevə təqdim olunub.
Rejissor Azərbaycan kinosunda xidmətlərinə görə 2000 manat mükafata layiq görülüb.
Mükafat 2 Avqust Milli Kino Günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirində Vaqif Mustafayevə təqdim ediləcək.
Bahar RÜSTƏMLİ
AzNews.az